Sterling Azerbaijan bütün dünyada şirkətlərin qeydiyyatı, vergi, mühasibatlıq və digər dəstəyin göstərilməsi sahəsində təcrübə və biliyə malikdir. Biz yeni şirkətlərin birləşdirilməsindən, onların idarə edilməsindən və saxlanmasından tutmuş yeni sahiblərə satışa qədər hərtərəfli həllər və bir sıra xidmətlər təklif edirik.
Biz həmçinin əmlakın tapılması, övladlarınız üçün məktəblərin seçilməsi, karyera planlaması, ixtisasların yüksəldilməsi və əldə edilməsi, yerdəyişmə və Böyük Britaniyaya köçməklə bağlı digər məsələlər üzrə xidmətlər təklif edirik.
İş imkanı
Müxtəlif peşə və ixtisaslar üzrə iş imkanları vardır və bununla bağlı müraciətlərin edilməsi, sənədlərin hazırlanması üçün zəruri hüquqi yardım göstərə və məsləhət verəbilərik.
Biznesin qurulması
İngiltərədə şirkət yaradılması, daşınmaz əmlakın əldə edilməsi, mövcud bizneslərə investisiya qoyulması imkanları mövcuddur və bu fəliyyətlər üçün zəruri hüquqi yardımvə məsləhətlə Sizə dəstək ola bilərik.
Təcrübə və təhsil
İngiltərə qanunvericiliyinə əsasən müxtəlif şirkətlərdə qısa müddətli bir və ya bir neçə il ərzində təcrübə keçmək, ixtisasını artırmaq mümkündür. Eyni zamanda, orta və ali təhsil müəssisələrində təhsil almaq olar. Zəruri prosedurlar, qaydalar və müraciət formalarına dair hüquqi yardım göstərə bilərik.
Biz Böyük Britaniyadakı etibarlı tərəfdaşlarımız vasitəsilə bu xidmətlərdən faydalanmağınızı təmin edə bilərik.
Müxtəlif viza növləri ilə bağlı müraciətlərin hazırlanması, sənədlərin tərtibatı üçün hüquqi yardım və məsləhət verməyə hazırıq
Biz bütün dünyada və Azərbaycanda fərdli və hüquqi şəxslər üçün geniş çeşiddə xidmətlər təklif edirik.