Haqqımızda
Sterling Azərbaycan hüquq və konsaltinq şirkəti 2023-cü ildə yaradılmışdır. Şirkətin
təsisçisi İngiltərənin Sterling Law şirkətidir.
Məqsədimiz Azərbaycanda İngiltərəyə müxtəlif məqsədlərlə miqrasiya edən şəxslərə keyfiyyətli, peşəkar hüquqi yardım xidmətinin göstərilməsidir.
Məqsədimiz
Biz yüksək keyfiyyətli və peşəkar hüquqi yardım xidmətləri göstərməklə insanlara BB ya getməklə öz arzu
və məqsədlərinə çatmaqlarına kömək etməyə çalışırıq. Bizim fəaliyyətimiz zəngin təcrübələrdən
yararlanaraq yüksək keyfiyyətli və fərdiləşdirilmiş xidmətlər təqdim etmək prinsipi üzərində
qurulmuşdur.
İnsanlara miqrasiyanın hər mərhələsində peşəkar dəstək zəmanəti veririk. Biz BB dakı etibarlı
tərəfdaşlarımızla birgə bizə müraciət edən şəxslərlə uzunmüddətli əlaqələr yaratmağa, onların
həyatlarında və karyeralarında etibarlı tərəfdaş olmağa çalışırıq
Tərəfdaşlarımız
Sterling Law Azerbaijan Böyük Britaniyada yerləşən Sterling Law şirkəri ilə əməkdaşlıq edir.Sterling Law Group Londonda, Böyük Britaniyada yerləşir.
Şirkət immiqrasiya, əmək, kommersiya, ailə və cinayət hüququ da daxil olmaqla hüququn müxtəlif sahələrində hüquqi xidmətlər göstərir. Həmçinin bütün növ kommersiya və mülki mübahisələrə baxılır.
Aşağıda Sterling Law-ın müştərilərinə təklif etdiyi xidmətlərin yerli və milli bazarlarda reytinqi verilmişdir:● İmmiqrasiya (Londonda 1-ci və Britaniyada 11-ci)● İnsan hüquqları (1 və 11)● İstehlakçı hüquqları (2 və 96)● Ailə Qanunu (2 və 187)● Maliyyə və vergi işləri (2 və 64)● İT və İntellektual Mülkiyyət (2 və 35)